Azərbaycan Prezidenti İlham Əliyev dünən özbəkistan parlamentinin yuxarı palatası - Senatın binası ilə tanış olub.
özbəkistan dövlətinin başçısı İslam Kərimov Prezident İlham Əliyevə milli və müasir üslubları özündə birləşdirən bina haqqında məlumat verib. Bina 3 il əvvəl inşa olunub.
özbəkistan parlamenti Senatının 100 üzvü var. Ali Məclisin qəbul etdiyi qanunlar Senatda bəyənildikdən sonra təsdiqlənmək üçün ölkə başçısına göndərilir.
Prezident İlham Əliyev burada senatorlara yaradılan iş şəraiti ilə tanış olub.