Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İran İslam Respublikasının birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavini Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə İran arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulanıb və ölkələrimizin birgə əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.