Prezident İlham Əliyev Portuqaliyada səfərdədir

Prezident İlham Əliyev Portuqaliyada səfərdədir
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun zirvə toplantısında iştirak etmək üçün Portuqaliyanın paytaxtı Lissabona gəlib. Lissabonun beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Portuqaliyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.