Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir

Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən ATƏT-in sammitində iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya gəlib.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev Astanada ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviç ilə görüşüb. Görüşdə Azərbaycanda fikir azadlığı, jurnalistlərin fəaliyyəti və məsuliyyəti ətrafında fikir mübadiləsi aparılıb.