AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün görüşü olub. İkitərəfli münasibətlərin geniş müzakirə olunduğu görüşdə qeyd edilib ki, əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanlar var. Həyata keçirilmiş qarşılıqlı səfərlər əlaqələrimizin inkişafına töhfə verib.
Sloveniya Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi ilə maraqlanıb.
Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışıb.