AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşü olub. Görüşdə Azərbaycan ilə Belarusun siyasi, iqtisadi və digər sahələrdə əlaqələrinin inkişafından, ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub.
Dövlət başçıları birgə müəssisələrin yaradılmasına, enerji sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.