Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb
ATƏT-in VII sammitində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri dünən başa çatıb.
Astananın Beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Qazaxıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. Həmin gün Prezident İlham Əliyev Bakıya qayıdıb. Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.