* * *
Dünən İstanbulda, “çırağan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanın görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.* * *
Dünən İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olub. Görüşdə ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin, o cümlədən enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışılıb. Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.* * *
Dünən İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olub. ölkələrimiz arasında strateji tərəfdaşlığa söykənən dostluq münasibətlərinin uğurla inkişaf etdiyinin vurğulandığı görüşdə əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafının perspektivləri barədə fikir mübadiləsi aparılıb.* * *
İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak etmək üçün Türkiyədə səfərdə olan dövlət və hökumət başçılarının şərəfinə dünən İstanbulun “Dolmabaxça” sarayında Baş nazir Rəcəb Tayyib Ərdoğanın adından qəbul təşkil edilib. Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak edib.Prezident İlham Əliyevin Türkiyəyə səfəri davam edir.