Prezident İlham Əliyev Euronews telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malezanini və telekanalın baş icraçı direktoru Filip Kaylanı qəbul edib

Prezident İlham Əliyev Euronews telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malezanini və telekanalın baş icraçı direktoru Filip Kaylanı qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Euronews telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malezanini və telekanalın baş icraçı direktoru Filip Kaylanı qəbul edib. Görüşdə Euronews telekanalı ilə Azərbaycanın müvafiq qurumları arasında əlaqələrin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb, informasiya sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətinə toxunularaq, müasir dövrdə informasiya mübadiləsinin önəmi vurğulanıb.