Prezident İlham Əliyev Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun   bu yaxınlarda ölkəmizə səfərinin Avropa İttifaqı ilə Azərbaycan  arasında əlaqələrin daha da inkişafı baxımından önəmi qeyd olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.