Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Edison” şirkətinin baş icraçı direktoru Umberto Kuadrino ilə görüşüb. Görüşdə “Edison” şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında əməkdaşlıq, “Cənub dəhlizi” və Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihələri ilə bağlı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.