Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “TeliaSonera Eurasia” şirkətinin prezidenti Tero Kivisaari ilə görüşüb. Görüşdə “TeliaSonera Eurasia” şirkəti ilə Azərbaycan arasında fəal əməkdaşlığın qurulduğu və bu əməkdaşlığın daha da genişləndirilməsinin önəmi qeyd edilib. Tero Kivisaari onların Azərbaycandakı fəaliyyətini dəstəklədiyinə görə, Prezident İlham Əliyevə minnətdarlıq edib. Bildirilib ki, “TeliaSonera Eurasia” şirkəti Azərbaycanda əsasən informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa böyük önəm verir.
Görüşdə Azərbaycan ilə “TeliaSonera Eurasia” şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.