AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Davosda Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri Mixael Şpindeleqqer ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Qeyd olunub ki, ölkələrimiz arasında əməkdaşlıq yaxşı səviyyədədir və bunu Avstriya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə səmərəli fəaliyyəti də təsdiqləyir. Avstriya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın uğurlu olduğu bildirilən görüşdə qeyd olunub ki, bu sahədə OMV şirkətinin Azərbaycan ilə əməkdaşlığı faydalıdır.
Görüşdə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.