AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Davosda TOTAL şirkətinin sədri və baş icraçı direktoru Kristof De Marjeri ilə görüşüb.
Görüşdə TOTAL-ın Azərbaycandakı fəaliyyəti, bu şirkətin “Şahdəniz” və “Abşeron” qaz yataqlarının işlənilməsi, həmçinin, Azərbaycan ilə TOTAL şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.