Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin "Rossiə-24"- Rusiya informasiya telekanalına müsahibə verib.
Müsahibədə Prezident İlham Əliyev Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, ölkəmizin sürətli iqtisadi inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi, energetika sahəsində əməkdaşlıq və digər məsələlərlə bağlı sualları ətraflı cavablandırıb.