Lənkəran sakinləri ilə görüş olub

Lənkəran sakinləri ilə görüş olub
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Masallı-Astara hissəsinin Sərçuvar kəndi ərazisində aparılan tikinti işləri ilə tanışlıqdan sonra Astaraya gedərkən yolüstü Lənkəran sakinləri ilə görüşüb.
Lənkəranlılar dövlətimizin başçısını hərarətlə qarşılayaraq xoş arzularını bildiriblər.