Prezident İlham Əliyev ABŞ-ın dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri Tina Kaydanovu qəbul edib

Prezident İlham Əliyev ABŞ-ın dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri Tina Kaydanovu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən ABŞ-ın dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri Tina Kaydanovu qəbul edib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri, regional və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.