Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib.
Görüşdə Azərbaycan ilə bp şirkəti arasında uzun illər uğurlu əməkdaşlıq həyata keçirildiyi vurğulanıb.
bp şirkətinin icraçı direktoru Robert Dadli icrada olan layihələr üzrə işlərin gedişi barədə Azərbaycan Prezidentinə məlumat verib.
Görüşdə, həmçinin, əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.