Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə çıxış edəcəklər

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə çıxış edəcəklər

Azərbaycanın bədii gimnastları San-Marino Respublikasının Serravalle şəhərində keçiriləcək “San Marino Cup” yarışında iştirak edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasından Yeniazerbaycan.com-a verilən məlumata görə, turnirdə məşqçilər Ukleina Valentina və ⁠Ruslan Eyvazovun rəhbərliyi ilə böyüklərdən İlona Zeynalova, gənclərdən isə Şəms Ağahüseynova çıxış edəcəklər.

Yarışda ölkəmizi hakimlər arasında Aysel Həsənova təmsil edəcək.

“San Marino Cup” yarışı sentyabr 7-8-də baş tutacaq.