"Qarabağ"ın futbolçusu Türkiyə klubuna keçib

"Qarabağ"ın futbolçusu Türkiyə klubuna keçib

"Qarabağ"dan ayrılan Hamidu Keytanın yeni klubu bəlli olub.

Yeniazerbaycan.com xəbər verir ki, onun "Konyaspor"a keçidi rəsmiləşib.

Bunu klubun mətbuat xidməti açıqlayıb. 29 yaşlı fransalı vingerlə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, o Super Liqa təmsilçisində 28 nömrəli formanı geyinəcək.