“Qarabağ” yoxlama oyununda "Kəpəz"ə böyük hesabla qalib gəlib

“Qarabağ” yoxlama oyununda "Kəpəz"ə böyük hesabla qalib gəlib

Qış hazırlıq prosesini davam etdirən "Qarabağ" və "Kəpəz" komandaları arasında yoxlama oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərsun Arena”da təşkil olunan qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində qolları 5, 14, 35-ci dəqiqələrdə Aleksey Kaşuk, 38-ci dəqiqədə Emmanuel Addai, 64-cü dəqiqədə isə Davud Məsumov vurublar.

Gəncə klubunun yeganə qoluna isə 67-ci dəqiqədə Ehtiram Şahverdiyev imza atıb.

Qeyd edək ki, “Qarabağ” yanvarın 12-də ikinci yoxlama görüşündə "Zirə"ni sınağa çəkəcək.