Azərbaycan taekvondo millisinə yeni baş məşqçi təyin olunub

Azərbaycan taekvondo millisinə yeni baş məşqçi təyin olunub

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisinin məşqçilər korpusunda yeni təyinat olub.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Elnur Amanov U-21 yığmasına baş məşqçi təyin edilib.

Qeyd edək ki, E.Amanov bu təyinatla yanaşı, böyüklərdən ibarət milli komandanın böyük məşqçisi postunu qoruyub saxlayır.