Basketbol üzrə Azərbaycan millisinin üzvü yığmadakı karyerasını bitirib

Basketbol üzrə Azərbaycan millisinin üzvü yığmadakı karyerasını bitirib

Basketbolun 5x5 növü üzrə Azərbaycan millisinin üzvü Tatyana Deniskina yığmadakı karyerasını bitirib.

Bu barədə AZƏRTAC-a 39 yaşlı oyunçunun özü məlumat verib.

O, bundan sonra 5x5-də oynamayacağını bildirib.

Təcrübəli basketbolçu hələlik 3x3 növü üzrə Azərbaycan yığmasında məşqlər etdiyini deyib.

Qeyd edək ki, Tatyana Deniskina 2009-cu ildən 5x5 növü üzrə Azərbaycan millisində çıxış edirdi.