Azərbaycanlı futbolçu "Qalatasaray"a qol vurub

Azərbaycanlı futbolçu "Qalatasaray"a qol vurub

Azərbaycan millisinin və Türkiyənin "Boluspor" klubunun futbolçusu Vüsal İsgəndərli "Qalatasaray"a qol vurub.

AZƏRTAC xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Türkiyə Kubokunun qrup mərhələsinin oyununda fərqlənib.

Təcrübəli oyunçu 12-ci dəqiqədə İstanbul təmsilçisinin qapısına yol tapıb.

Qeyd edək ki, "Qalatasaray" hazırda davam edən matçda məğlub olsa, ölkə kubokunda mübarizəni dayandıracaq.