Batut gimnastikası üzrə Azərbaycan milli komandasının iki üzvü İtaliyanın Riççone şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək.
Gimnastika Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışda Selcan Mahsudova və Əli Niftəliyev qüvvəsini sınayacaq.
Turnir aprelin 4-6-da təşkil olunacaq.