Bu gün Misli Premyer Liqasında XXXI tura start veriləcək

Bu gün Misli Premyer Liqasında XXXI tura start veriləcək

Bu gün Misli Premyer Liqasında XXXI tura start veriləcək.

AZƏRTAC xəbər verir ki, günün yagenə oyununda “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edəcək. “Liv Bona Dea Arena”da reallaşacaq görüş saat 19:00-da başlayacaq.

Naxçıvan təmsilçisi 52 xalla 3-cü, Tovuz klubu isə 47 xalla 4-cü sırada qərarlaşıb.

Qeyd edək ki, tur aprelin 20-də başa çatacaq.