Azərbaycan klubu 9 basketbolçusu ilə vidalaşıb, 3-ü ilə yeni müqavilə imzalayıb

Azərbaycan klubu 9 basketbolçusu ilə vidalaşıb, 3-ü ilə yeni müqavilə imzalayıb

"Şəki" komandası doqquz basketbolçusu ilə yollarını ayırıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, bölgə təmsilçisi Tariel Yusifzadə, Məcid İsmayılov, Roti Veyr, Coş Robinson, Terens Hanter-Vitfild, Karl Conz, Tomi Lyuk, Pol Dibal və Adebayo Oduleye ilə vidalaşıb.

Ötən mövsüm komandada çıxış edən basketbolçulardan Şəki məktəbinin yetirmələri – Kamal İmamverdiyev, Tərlan Abduləzizov, eləcə də millinin üzvü Ərcan Donatla yeni müqavilə bağlanılıb.