Şeyx Səid bin Maktum: Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları yüksək səviyyədə təşkil olunub

Şeyx Səid bin Maktum: Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları yüksək səviyyədə təşkil olunub

“Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları yüksək səviyyədə təşkil olunub”. Bu sözləri AZƏRTAC-a müsahibəsində Birləşmiş Ərəb Əmirliklərinin idmançısı şeyx Səid bin Maktum deyib.
Dünya Kuboku yarışında iştirak edən təcrübəli idmançı təşkilatçılıqdan məmnun qaldığını bildirib: “Bu mötəbər yarış çox yüksək səviyyədə keçirilir. Yarış üçün gözəl məkan seçilib. Atıcılıq kompleksi də göz oxşayır. Burada hər şey bizi qane edir”.
Bir neçə Olimpiadanın iştirakçısı olan 39 yaşlı idmançı Qəbələdə təşkil edilən yarışlarda özünün çıxışından razı qaldığını bildirib.