Daurjan Dosmanbetov: “Bakı marafonu-2016”da rəqabət yetərincə ciddidir

Daurjan Dosmanbetov: “Bakı marafonu-2016”da rəqabət yetərincə ciddidir

“Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl!” devizi altında keçirilən “Bakı marafonu-2016”da rəqabət yetırincə ciddidir. İştirakçılar arasında adlı-sanlı idmançılar az deyil”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qazaxıstanın Azərbaycandakı səfirliyinin əməkdaşı Daurjan Dosmanbetov deyib.
Səfirliyin əməkdaşı fikrini belə yekunlaşdırıb: “Bütün bunlara baxmayaraq, mən də turnirdə iştirak etməyi qərara aldım. Belə tədbirdə ilk dəfədir iştirak edirəm. Odur ki, fərqli hisslər keçirirəm. Təəssüf ki, fiziki hazırlığa, demək olar, vaxt ayıra bilmirəm. Amma belə tədbirləri dəstəkləyirəm, çünki həm yorğunluğumuzu çıxarmaq, həm də özümüzü göstərmək imkanı verir”.