Çingiz Hüseynzadə yenidən federasiya prezidenti seçildi

Çingiz Hüseynzadə yenidən federasiya prezidenti seçildi

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə növbəti müddətə Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib. “Yeni Azərbaycan” xəbər verir ki, federasiyada həmçinin İcraiyyə Komitəsinin yeni tərkibi müəyyən olunub. Firat Hüseynov federasiyanın vitse-prezidenti, Məhərrəm Sultanzadə isə baş katib vəzifəsinə seçilib.