DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinin oyunlarından sonra turnirin ən yaxşı futbolçuları bəlli olub.

 "Goal" nəşrinin tərtib etdiyi yenilənmiş siyahıya Argentina millisinin futbolçusu Lionel Messi başçılıq edir.

Fransa yığmasından Kilian Mbappe ikinci, onun komanda yoldaşı olan Antuan Qrizman üçüncü pillədə qərarlaşıb.

İlk "5-liy"i Mərakeş seçməsindən müvafiq olaraq Sofyan Amrabat və Əşrəf Hakimi qapayır. Argentinalı Nikolas Otamendi 6-cı, onun həmyerlisi Xulian Alvares 7-ci, fransalı Olivye Jiru 8-ci, portuqaliyalı Brunu Fernandeş 9-cu, braziliyalı Rişarlison 10-cudur.

10 ən yaxşı oyunçudan səkkizi DÇ-2022-də medallar uğrunda mübarizə aparacaq.

Müşfiqə