Bu gün AVRO-2024-ün seçmə mərhələsində VI turun növbəti oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, D və J qruplarında ümumilikdə beş qarşılaşma oynanılacaq.
D qrupunda Xorvatiya millisi səfərdə Ermənistanın, Uels yığması isə Latviyanın qonağı olacaq.
J qrupunda İslandiya Bosniya və Herseqovinanı, Portuqaliya Lüksemburqu, Slovakiya isə Lixtenşteyni sınağa çəkəcək.
AVRO-2024, seçmə mərhələsi
VI tur
11 sentyabr
D qrupu
20:00. Ermənistan - Xorvatiya
22:45. Latviya - Uels
Xal durumu: Türkiyə - 10 (5 oyun), Xorvatiya – 7 (3), Ermənistan – 7 (4), Uels – 4 (4), Latviya – 0 (4)
J qrupu
22:45. İslandiya - Bosniya və Herseqovina
22:45. Portuqaliya - Lüksemburq
22:45. Slovakiya - Lixtenşteyn
Xal durumu: Portuqaliya - 15 (5 oyun), Slovakiya – 10 (5), Lüksemburq – 10 (5), Bosniya və Herseqovina – 6 (5), İslandiya – 3 (5), Lixtenşteyn – 0 (5)