Ratqers Universiteti və Maunt-Sinay Tibb Kompleksi Universitetinin tədqiqatçıları qan nümunəsi götürmək üçün robot hazırlayıblar. Belə ki, robot dərini skan edir və vena damarlarını tapır.
Bildirilib ki, bu, xəstələrdən qan nümunəsi götürərkən infeksiya və tromboz riskini azalda bilər.
Bu robot vasitəsilə vena damarlar rahat aşkar edilir. Araşdırma nəticəsində məlum olub ki, robot 87% halda vena damarları zəif görünən xəstələrdən ilk dəfədən qan nümunəsi götürməyə müvəffəq olub.
Tədqiqatda 31 nəfər iştirak edib. Müqayisə üçün, tibb personalı 27%-60% halda ilk dəfədən qan nümunəsi götürməyə müvəffəq olmur.