NASA Neptunun yeni görüntülərini yayıb

NASA Neptunun yeni görüntülərini yayıb

Neptunun “Ceyms Veb” kosmik teleskopu ilə çəkilmiş yeni nadir görüntüləri yayımlanıb.

Bu barədə NASA məlumat yayıb.

"Yuxarı sol küncdəki obyektə baxın. Bu, ulduz deyil. Bu, Neptunun böyük, qeyri-adi peyki Tritondur! Triton dondurulmuş qatılaşdırılmış azotla örtüldüyünə görə ona düşən Günəş işığının 70%-ni əks etdirir. Bu da onun “Ceyms Veb”də görüntüsünü çox parlaq edir”, - məlumatda qeyd olunub.