Heydər Əliyev Mərkəzi Bakıdakı yaşayış binasında yanğın hadisəsi ilə əlaqədar konsert proqramlarını təxirə salıb

Heydər Əliyev Mərkəzi Bakıdakı yaşayış binasında yanğın hadisəsi ilə əlaqədar konsert proqramlarını təxirə salıb

Paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermış hadisə ilə əlaqədar Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konsert və əyləncəli proqramlar mayın 28-dək təxirə salınıb.
Heydər Əliyev Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar Muğam Televiziya Müsabiqəsinin final mərhələsi Heydər Əliyev Mərkəzində mayın 29-da keçiriləcək.
Eyni zamanda, Əməkdar artist Tünzalə Ağayevanın mayın 22-də və 23-də Heydər Əliyev Mərkəzində nəzərdə tutulan konserti mayın 31-də və iyunun 1-də keçiriləcək. İndiyədək konsertə alınmış biletlər etibarlı sayılır. Mayın 22-si üçün alınmış biletlər mayın 31-də, mayın 23-ü üçün alınmış biletlər isə iyunun 1-də qüvvədədir.
Əlavə məlumatı Mərkəzin kassasından (telefon: +012 505 60 03) almaq olar.