Oktyabrın 21-də Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Suzanne Mohamed Gamil Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydinin də iştirak etdiyi görüşdə xanım səfirə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Bilik Fondu ilə birgə təşkil etdiyi ərəb dili kursları, Misir mədəniyyətini nümayiş etdirən sərgilər barədə məlumat verilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin səfirliyin əməkdaşları üçün Bilik Fondu tərəfindən Azərbaycan dili üzrə təlimlərin təşkili məsələləri müzakirə olunub.
Müşfiqə