Moskva UNESCO-nun baş direktoru vəzifəsinə Polad Bülbüloğlunun namizədliyini dəstəkləyir. Bu fikri TASS agentliyinə Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov söyləyib. O deyib: “Seçkilər oktyabrın 9-da keçiriləcək və ehtimal ki, bir neçə mərhələdə davam edəcək. Biz Azərbaycana üstünlük veririk”.
Xatırladaq ki, UNESCO-nun hazırkı baş direktoru İrina Bokovanın səlahiyyətləri başa çatır. Təşkilatın yeni baş direktoru UNESCO-nun oktyabrda keçiriləcək 39-cu baş konfransının sessiyasında seçiləcək. Bu vəzifəyə Azərbaycan, Vyetnam, Misir, İraq, Qətər, Çin, Livan və Fransa öz namizədlərini irəli sürüb.