“Ədibin Evi” Mir Cəlal adına hekayə müsabiqəsi elan edib

“Ədibin Evi” Mir Cəlal adına hekayə müsabiqəsi elan edib

Azərbaycanın mənəvi sərvətlərini təbliğ edən “Ədibin Evi” (XX əsr ədəbiyyatının klassiki Mir Cəlalın 1930-1940-cı illərdə yaşadığı ünvan) müasir Azərbaycan ədəbi prosesinin inkişafına təkan vermək məqsədilə Mir Cəlal adına hekayə müsabiqəsi
ELAN EDİR:
Qaydalar və şərtlər:
- Hekayənin həcmi 2000 (iki min) sözdən çox olmamalıdır;
- Hekayənin məzmunu və yazıldığı dil ilə bağlı məhdudiyyət yoxdur;
- Çap olunmuş hekayələr qəbul edilmir;
- Hekayələr elektron şəkildə info@edibinevi.az və ya poçtla Bakı, İçərişəhər, Kiçik Qala küçəsi 18 ünvanına 1 aprel 2018-ci il tarixinə qədər göndərilməlidir.
Mükafatlar:
I yer: 3000 AZN
II yer: 2000 AZN (iki mükafat)
III yer: 1000 AZN (üç mükafat)
Qaliblər Xalq yazıçısı Elçinin sədrliyi ilə tanınmış yazıçı və tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və 2018-ci ilin aprel ayında, Mir Cəlalın 110 illik yubileyi ərəfəsində “Ədibin Evi”ndə keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.
Müsabiqənin davamlı olacağı nəzərdə tutulur.
Əlaqə: +99450 254 12 17 / info@edibinevi.az / Kiçik Qala küçəsi 18, İçərişəhər, Bakı.