75-ci Kann Film Festivalının əsas mükafatı olan “Qızıl Palma budağı”nın qalibi isveçli rejissor Ruben Estlundun “Kədər üçbucağı” filmi olub.
Trend-in məlumatına görə, ikinci əhəmiyyət baxımından mükafatı - festivalın Qran Prisini Lukas Dontun "Yaxın" filmi alıb.
Cənubi Koreyalı rejissor Banq Çanq Vuk “Getmək qərarı” filminə görə “Ən yaxşı rejissor” mükafatını qazanıb.