Zəngilan şəhərində keçirilən Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Komissiyanın 24-cü iclasının yekunlarına dair protokol imzalanıb.
APA-nın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, iclasın yekunlarına dair protokolu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və onun rusiyalı həmkarı Aleksey Overçuk imzalayıblar.