Azərbaycan təhsilində İKT-nin tətbiqi istiqamətində sistemli iş aparılır. Bu barədə məlumat verən təhsil naziri Misir Mərdanov bildirib ki, hər bir sahədə İKT-nin rolu danılmazdır. Misir Mərdanovun sözlərinə görə, təhsildə İKT-nin tətbiqi ilə bağlı ölkə Prezidenti İlham Əliyev iki Dövlət Proqramı təsdiq edib. Həmin proqramın biri icra olunub, digəri isə həyata keçirilməkdədir. “ümumiyyətlə, bu istiqamətdə bir sıra layihələr reallaşdırılır. Bütün məktəblər kompyuterlə təmin olunur. İnformatika və kompyuterlə bağlı biliklərini artırmaq üçün 40 min müəllimə treninqlər keçirilib. Eləcə də, İKT bazası olmayan şəxslər məktəblərə direktor təyin edilə bilməz. Məktəblərdə yeni müəllimlərin işə götürülməsində də bu amil başlıca rol oynayır”, - deyə təhsil naziri vurğulayıb.