YAP Göyçay rayon təşkilatı bələdiyyə seçkilərinə namizədləri müəyyənləşdirib

YAP Göyçay rayon təşkilatı bələdiyyə seçkilərinə namizədləri müəyyənləşdirib
Yeni Azərbaycan Partiyasının (YAP) Göyçay rayon təşkilatı bələdiyyə seçkilərinə namizədləri müəyyənləşdirib. YAP-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, YAP Göyçay rayon təşkilatının sədri Ramiz İbrahimov bildirib ki, ölkədə mükəmməl seçki qanunvericiliyi mövcuddur. Onun sözlərinə görə, beynəlxalq standartlara cavab verən Seçki Məcəlləsinə uyğun olaraq ölkəmizdə azad və şəffaf seçkilər keçirilir. Təşkilatın bələdiyyə seçkilərinə ciddi hazırlaşdığını deyən R.İbrahimov qeyd edib ki, artıq bələdiyyələrə namizədlər müəyyənləşdirilib.
“ümidvarıq ki, bu seçkilərdə də seçicilər YAP-ın namizədlərinə səs verəcəklər”,- deyə o, vurğulayıb.