ATƏT-in Bakı ofisi seçki müşahidəçiliyinə dair siyasi partiyalar üçün praktiki seminarlara başlayıb. Oktyabrın 13-dən noyabrın 1-nə kimi siyasi partiya təmsilçiləri Bakıda və 10 rayonda təşkil olunacaq seminarlarda iştirak edəcəklər. Bu tədbirlərin əsas məqsədi siyasi partiya təmsilçilərini ATƏT-in demokratik seçkilərə dair öhdəlikləri, müvafiq müşahidə metodologiyaları, bu sahədə mövcud olan beynəlxalq təcrübə və partiya müşahidəçilərinin seçki prosesinə müdaxiləsinin qarşısının alınmasına dair təlimatlar haqqında məlumatlandırmaqdır. Qeyd edək ki, YAP-ın nümayəndələri ATƏT-in Bakı ofisinin seçki müşahidəçiliyinə dair praktiki seminarlarında iştirak edirlər.