Bakıda Makkabi beynəlxalq şahmat turniri keçiriləcək

Bakıda Makkabi beynəlxalq şahmat turniri keçiriləcək
Noyabrın 8-də Bakıda 12 yaşadək uşaqlar arasında 3-cü Makkabi beynəlxalq şahmat turniri start götürəcək. “Makkabi-Azərbaycan” mədəni idman cəmiyyətindən bildirilib ki, turnirdə 8 ölkədən 36 idmançı iştirak edəcək. İsveçrə sistemi üzrə keçiriləcək yarışda 7 tur oynanılacaq. Beynəlxalq turnirdə 1-ci yerə çıxan şahmatçı HP şirkəti tərəfindən kompyuterlə mükafatlandırılacaq.