Bahar Muradova: 2010-cu ilin parlament seçkiləri qanunla müəyyənləşdirilmiş vaxtda keçiriləcək

Bahar Muradova: 2010-cu ilin parlament seçkiləri qanunla müəyyənləşdirilmiş vaxtda keçiriləcək
“Deputat Aydın Həsənovun parlament seçkilərinin təxirə salınması haqda dedikləri bir nəfərin fikridir. Hər bir insanın öz fikrini azad formada ifadə etmək hüququ var. Həm də bu fikir elə bir nəfərin fikri olaraq qalır və onu heç kim qəbul etmir”.
“Media forum” saytı xəbər verir ki, Milli Məclis sədrinin müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova jurnalistlərə açıqlamasında belə deyib.
Vitse-spiker bildirib ki, 2010-cu ilin parlament seçkiləri qanunla müəyyənləşdirilmiş vaxtda keçiriləcək: “Bunun üçün dövlət büdcəsində nəzərdə tutulan vəsait də parlament seçkilərinə sərf olunacaq. Azərbaycanın qarşıda duran digər problemləri həll etmək üçün kifayət qədər imkanı var. Bu imkanlardan da maksimum istifadə olunur”.