“Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərində irəli sürdüyü namizədlərin seçki təcrübəsini və namizəd kimi səriştələrini artırmaq məqsədilə keçirdiyi treninqləri uğurla başa çatdırıb”.
Bu barədə SİA-ya açıqlamasında YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, YAP-ın bələdiyyə seçkilərində irəli sürdüyü namizədləri üçün seçki təcrübəsinin artırılması məqsədilə keçirilən terninqlər, təşviqat kampaniyasının uğurla aparılmasında və qarşıda duran vəzifələrin həyata keçirilməsində mühüm əhəmiyyət daşıyır: “YAP bələdiyyə seçkilərində partiya kimi iştirak edən yeganə siyasi təşkilat olaraq artıq təbliğat-təşviqat kampaniyasına start verib. İnanırıq ki, partiyamızın irəli sürdüyü namizədlərin böyük bir hissəsi uğurlu təşviqat kampaniyası apararaq bələdiyyələrdə YAP-ı təmsil etmək hüququ qazanacaqlar. Bələdiyyə seçkiləri ilə bağlı İctimai Televiziya və Radioda, həmçinin, dövlət büdcəsindən maliyyələşən qəzetlərdə pulsuz təbliğat-təşviqat aparmaq hüququnu yalnız YAP qazanıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq YAP ölkə ərazisindəki bələdiyyələrin 50 faizindən çoxunda namizədlə təmsil olunur”.