Milli Qeyri-Hökumət Təşkilatları Forumu, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi “Euronews” telekanalında Dağlıq Qarabağ haqqında efirə gedən reportajla bağlı ayrı-ayrılıqda bəyanatla çıxış ediblər. Adları çəkilən təşkilatların mətbuat xidmətindən APA-ya daxil olan bəyanatlarda “Euronews” telekanalının Azərbaycan xalqının heysiyyətinə toxunan reportajı pislənilir, yol verilmiş yanlışlığın aradan qaldırılması tələb olunur. Təşkilatlar telekanal rəhbərliyini Avropa auditoriyası üçün Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş azərbaycanlılar haqqında obyektiv reportaj hazırlamağa çağırıblar.