Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov ATƏT - in Bakı ofisinin rəhbəri Bilge Cankorel ilə partiyanın mənzil gərargahında görüşüb. Görüşdə Yeni Azərbaycan Partiyasının 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri, bələdiyyələrin cəmiyyətdəki yeri və rolu ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin ATƏT ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin inkişaf perspektivləri barədə danışılıb. YAP İcra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak edib.