Azərbaycanda bələdiyyə seçkilərini diplomatik missiya izləyib

Azərbaycanda bələdiyyə seçkilərini diplomatik missiya izləyib
Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların əksəriyyəti bələdiyyə seçkilərini izləyib. ABŞ-ın Azərbaycandakı səfirliyini ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Terri Devidson APA-ya bildirib ki, seçkini səfirliyin 6 müşahidəçi qrupu izləyib. Hər qrupa 2 ABŞ vətəndaşı olan səfirlik əməkdaşı və tərcüməçi daxildir. Onlar Bakı və Sumqayıtda müşahidə aparıblar. Norveçin Azərbaycandakı səfirliyinin 3 nəfərdən ibarət müşahidəçi qrupu isə Bakının Binəqədi rayonu ərazisində müşahidə aparıb. Seçkiləri Fransanın Azərbaycandakı səfirliyi də izləyib.