Baş nazir Artur Rasizadə 29 saylı seçki məntəqəsində səs verib

Baş nazir Artur Rasizadə 29 saylı seçki məntəqəsində səs verib
Dekabrın 23-də bələdiyyə seçkilərinin başlandığı səhər saatlarından Bakı şəhərinin 16 saylı Yasamal ikinci seçki dairəsinin 29 saylı seçki məntəqəsində də canlanma hiss olunurdu. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə bu seçki məntəqəsinə gələrək səs verdi. Məntəqədə 1499 seçici qeydiyyata alınıb. Seçkiləri 20 yerli, habelə beynəlxalq müşahidəçilər qrupu izləyirdi.